İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilində keçirilən əməliyyat zamanı 50 silahlı radikalın öldürüldüyünü və terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 100-dən çox adamın saxlanıldığını bildirib.
Teleqraf.com xəbər verir ki, əməliyyatlarda aviasiyadan da istifadə olunub.
Yanvarın 21-də İsrail ordusunun mətbuat xidməti təhlükəsizlik qüvvələrinin Cenin şəhərinin "Dəmir Divar" adlandırılan ərazisində genişmiqyaslı əməliyyata başladığını bildirib.
Yanvarın 27-də hərbçilər əməliyyatın Tulkərm şəhərinə, fevralın əvvəlində isə İordan çayının qərb sahilinin şimalındakı daha 5 qəsəbəyə qədər genişləndirildiyini açıqlayıb.