16:39
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə iki ölkənin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, AR Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İR Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə görüşüb.

"Görüşdə iki ölkənin elmi-tədqiqat mərkəzləri və ictimai-siyasi fikir daşıyıcıları arasında əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili məsələləri vurğulanıb”- məlumatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər