Xəzər dənizinin Lənkəran rayonunun Siyavar kəndi sahilində kişi meyiti aşkarlanıb.
Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, meyit bir müddət əvvəl itkin düşən balıqçılardan biri - 1968-ci il təvəllüdlü Nazim Abbasova aiddir.
Bildirilir ki, meyiti ərazidə balıq tutan şəxslər tapıblar.
Qeyd edək ki, bir müddət əvvəl 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlu Lənkəran rayonu Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşmüşdülər.