NATO-nun baş katibi Mark Rutte Ukraynanın münaqişəni uduzması ilə bağlı iddiaları rədd edib.
Teleqraf.com xəbər verir ki, Rutte bu barədə "Bild" qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, cəbhə “səhv istiqamətdə” irəliləyir, lakin Rusiya bunun əvəzini böyük itkilərlə ödəyir və “hələ də öz məqsədlərinə çatmır”.
“Bizim işimiz Rusiyanın məqsədlərinə heç vaxt çatmamasını təmin etməkdir. Qətiyyətlə, yox, Ukrayna uduzmayacaq. Və biz onun daha da güclənməsinə dəstək olmalıyıq”, - Rutte əlavə edib.