09:16
278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları uzun müddətdir ki, tibbi tədqiqatlarda lider mövqeyə malikdir, lakin federal maliyyələşdirmənin dondurulması bu sahədə ciddi narahatlığa səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Ferra" portalı mənbələrə istinadən yazır.

"Tramp administrasiyası yeni sərəncamlara əməl olunmasını təmin etmək üçün bütün federal qrant və kreditləri müvəqqəti olaraq dayandırıb", - məlumatda deyilir.

Qeyd olunur ki, bəzi regionlar maliyyələşməni bərpa edə bilib, universitetlər və tədqiqat institutları isə gələcəkləri ilə bağlı “qeyri-müəyyənlik” içindədirlər. Bir çox alim və həkim klinik sınaqların dayandırılması, ödənişsiz tədqiqatçılar və “illərin boş yerə getməsi” də daxil olmaqla, baş verə biləcək nəticələrdən bərk narahatdırlar.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər