Böyük Britaniyanın baş naziri Kir Starmer Avropa liderlərini Rusiyaya qarşı iqtisadi təzyiqləri artırmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, Starmer yeni sanksiyaların və mühüm sahələrdə məhdudiyyətlərin tətbiq edilməsini nəzərdə tutur.
"The Guardian"-ın məlumatına görə, Britaniya baş katibi bu fikirləri Brüsseldəki beynəlxalq konfransda səsləndirib. O bildirib ki, Avropa İttifaqının hazırda götürdüyü ölçülər "Moskvanı təcavüzkar siyasətdən" çəkindirmək üçün kifayət deyil. Starmer enerji, yüksək texnologiyalar və bank sistemindəki sanksiyaları genişləndirməyi təklif edib.