Yunanıstanın Santorini adasına xilasedicilər komandası və çadırlar göndərilib.
Teleqraf.com xəbər verir ki, orada yüzlərlə seysmik təkanlar qeydə alınıb.
Güclü zəlzələ təhlükəsi fonunda sunami gözləyən yunan hökuməti sakinlərə sahil xəttindən uzaqlaşmağı tövsiyyə edib.
"The Guardian" yazır ki, yerli strukturlar məktəblərin də bu gündən bağlanacağını bildiriblər.
Son 48 saatda 200 yeraltı təkan qeydə alınıb. Zəlzələlərin maqnitudası 4-4,5 bal təşkil edib.