00:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başa çatır.

Teleqraf.com xəbər verir ki, bu, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib.

Qış tətili 27-31 yanvar tarixlərini əhatə edib və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub.

Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayıb.

Qeyd edək ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günü idi


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər