ABŞ prezidenti Donald Tramp adminstrasiyası iki USAİD məmurunu inzibati məzuniyyətə göndərib.
Teleqraf.com xəbər verir ki, bu qərar Maskın rəhbərlik etdiyi qurumla USAİD arasında baş verən münaqişə ilə bağlıdır.
Mask məmurların məxfi materialları ona təqdim etməmələrinə qəzəblənib.
"Associated Press" qeyd edir ki, DOGE əməkdaşları sonda lazımi sənədlərə çıxış əldə ediblər. Bura kəşfiyyat xidmətlərinin məruzələri də daxildir. Amma bunun üçün ABŞ hökuməti USAİD-in təhlükəsizlik xidmətinin rəhbəri Con Vorxizi və onun müavini Brayan Makgili inzibati məzuniyyətə göndərməli olub.