00:54
12 Punto 14 Punto 16 Punto 18 Punto

1-2 fevralda Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirində cüdoçularımız 1 qızıl və 2 bürünc medal qazanıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan cüdoçuları medal əyarına görə ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yeri tutub.

İlk yarış günü 66 kq çəkidə Ruslan Paşayev qızıl, 73 kq çəkidə Rəşid Məmmədəliyev bürünc medal əldə edib.

İkinci yarış günündə 81 kq çəkidə Ömər Rəcəbli bürünc medal qazanıb. Üçüncü yer uğrunda rəqibi yaponiyalı Yoşito Hojo zədə səbəbindən görüşə çıxmadığı üçün qələbə Ömərə verilib.

100 kq çəkidə Əjdər Bağırov yarışı 5-ci yerdə tamamlayıb.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər