00:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

Volqoqradda mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün hava limanının fəaliyyəti məhdudlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Rosaviasiya"nın nümayəndəsi Artem Korenyako özünün Telegram kanalında yazıb .

Onun sözlərinə görə, hava limanına uçuşların qəbulu və göndərilməsi müvəqqəti olaraq dayandırılıb. Korenyako əmin edib ki, hava limanının əməkdaşları uçuşların təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edirlər.

Bir gün əvvəl Ulyanovsk hava limanında da (Baratayevka) təyyarələrin qəbulu və gedişi ilə bağlı məhdudiyyətlər tətbiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər