11:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çikaqonun O'Hare Beynəlxalq Hava Limanında yedəkləyici maşın yenicə enmiş və darvazaya yaxınlaşan təyyarə ilə toqquşub.

Teleqraf.com xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

Çikaqo polisi bildirib ki, yedəkləyici maşın təyyarənin qanadı ilə toqquşaraq aşıb. Telekanalın məlumatına görə, maşının sürücüsü ağır bədən xəsarətləri alıb.

Zərərçəkmiş baş və aşağı bədən xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər 64 yaşlı xəstəni stabilləşdirə bilsələr də, vəziyyəti ağır olaraq qalır.

Təyyarədə olan sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb. Toqquşmadan sonra hamı təyyarədən endirilib və avtobusla terminala aparılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər