Türkiyənin kurort bölgələrində, xüsusən də İzmirdə dağıdıcı zəlzələ ola bilər.
Teleqraf.com xəbər verir ki, mühəndis-geofiziklər palatasının İzmir bölməsinin rəhbəri Sinancan Öziçer belə deyib.
Onun fikrincə, İstanbuldan daha çox İzmiri zəlzələ təhlükəsi gözləyir.
Geofizik qeyd edib ki, təbii fəlakətin maqnitudası 6,9 bala çata bilər.