10:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda hoteldə Türkiyə vətəndaşının meyiti aşkarlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə fevralın 1-i saat 12 radələrində paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən hoteldə baş verib.

Türkiyə vətəndaşı olan 1962-ci il təvəllüdlü Halil Goralın meyiti qaldığı hotel nömrəsində tapılıb.

Meyit üzərində zorakılıq əlamətinin olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Taleh

Oxşar xəbərlər