09:48
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Mərkəzi Bankının (ECB) İdarəetmə Şurasının üzvü Klaas Knot ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilən yeni rüsumların bu ölkədə yüksək inflyasiyaya və faiz dərəcələrinə səbəb olacağını, artan təzyiqlər fonunda avronun zəifləyəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Klaas Knot bu barədə Niderlandın “Buitenhof” televiziya proqramına verdiyi müsahibədə deyib.

O, ticarət müharibələrinin bütün tərəflərə zərər verdiyini qeyd edib.

Knot yüksək gömrük rüsumları səbəbindən ABŞ-də qiymətlərin artacağını, bunun da istehlakçılar üçün daha yüksək qiymətlərə gətirib çıxaracağını bildirib.

"Proseslərin uzunmüddətli faiz dərəcələrinə təsir etdiyini artıq görürük. Bunun bir hissəsi Avropaya da yayılacaq",- deyə Knot əlavə edib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər