İngiltərənin “Mançester Siti” klubunun ispaniyalı baş məşqçisi Pep Qvardiola məşqçilik karyerasında ilkə imza atıb.
Teleqraf.com xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının XXIV turunda “Arsenal”la oyunda “şəhərlilər”in 1:5 uduzduğu oyunda baş verib.
Qvardiolanın məşqçilik karyerasında ilk dəfə komandası cari mövsümdə 4 oyunda 4+ qol buraxıb. Bu mövsümün əvvəlində “Mançester Siti" PSJ (2:4), "Tottenhem" (0:4) və "Sportinq" (1:4) ilə matçlarda çoxlu qol buraxıb.
Qeyd edək ki, ispan mütəxəssis daha əvvəl "Barselona" və "Bavariya"nı çalışdırıb.