İngiltərənin “Aston Villa” klubu “Mançester Yunayted”dən Markus Reşfordu icarəyə götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı hücumçunun "Aston Villa" ilə müqaviləsi mövsümün sonuna kimidir.
Reşford "Mançester Yunayted"də bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 24 oyunda 7 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, "Aston Villa" 37 xalla İngiltərə Premyer Liqasında 8-ci pillədə qərarlaşıb.