09:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyalı baş məşqçi Ruben Amorim "Mançester Yunayted"in məşqçiləri arasında antirekord qırıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb komandanın fevralın 2-də İngiltərədə Premyer Liqanın XXIV turunda evdə "Kristal Pelas"a 0:2 hesabı ilə uduzması olub.

40 yaşlı mütəxəssisin rəhbərliyi altında "Yunayted" Premyer Liqada yeddi ev oyununda beşinci məğlubiyyətini qazanıb ki, bu da klub tarixində ən pis nəticədir.

Qeyd edək ki, Ruben Amorim ötən ilin noyabrından “Mançester Yunayted”in baş məşqçi postuna keçib.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər