Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/YPG terror təşkilatının Suriyanın Ayn əl-Ərəb (Kobani) bölgəsində "kəşfiyyat zabit"i Mahmud Ağcanı zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, MİT Ağcanın 2015-ci ildən Türkiyədə terror aktları təşkil etdiyini üzə çıxarıb.
Ağcanın törətdiyi terror aktları nəticəsində onlarla polis və əsgər şəhid olmuşdu. Buna görə də o, Türkiyə kəşfiyyatının mühüm hədəfləri siyahısında idi.
MİT kəşfiyyat şəbəkəsi sayəsində Ağcanın Ayn əl-Ərəbdə olduğunu müəyyən edib. Uzun zamandır izlənən Mahmud Ağca sözügedən bölgədə təşkilatın toplantılarını keçirdiyi obyektdə zərərsizləşdirilib.