Suriya Keçid Dövrü Prezidentı Əhməd Şara ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı dövlət xəbər agentliyi SPA məlumat yayıb. Prezidenti xarici işlər naziri Əsəd Həsən Şeybani müşayiət edir. Suriya prezidenti Səudiyyə Ərəbistanı Vəliəhdi Məhəmməd ibn Salman ilə görüşüb.