İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının döyüşçüləri Liviyada 9 xarici vətəndaşı qaçırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qaçırılanlardan Avstriya, Banqaldeş, Çexiya, Qana və 4-ü Flippin vətəndaşıdır. Əsir götürülənlərdən birinin şəxsiyyəti isə hələlik dəqiqləşdirilməyib. Bu şəxslərin Liviyada “Value Added Oilfield Services” (VAOS) adlı neft şirkətində işlədiyi bildirilib.
Şirkət isə yayılan məlumatları təkzib edib.
Samir