Ötən əsrin 80-ci illərində başlayaraq SSRİ-də məşhurlaşan tanınmış opera müğənnisi Oleq Brıjak Germanwings aviaşirkətinin Fransanın cənubunda qəzaya uğrayan A320 təyyarəsinin sərnişinləri arasında olub.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Almaniyanın "Bild" qəzeti bildirib.
Oleq Brıjak 1996-cı ildə Düsseldorfda "Reyndə alman teatrı"nın solisti olub. Qəzet 54 yaşlı müğənninin Barselonada Rixard Vaqnerin "Ziqfred" əsərini ifa etdikdən sonra həmin reyslə Almaniyaya qayıtmalı olduğunu bildirib.
Brıjak 1960-cı ildə Qazaxıstanda anadan olub.
Qeyd edək ki, A320 sərnişin təyyarəsi İspaniyadan Almaniyaya uçarkən Fransa ərazisində qəzaya uğrayıb.
Nihad