5 Aprel 2015 13:47
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa İslam Şurasının rəhbəri və Paris məsçidinin imamı Dalil Boubaker hökuməti ölkədəki məsçidlərin sayını iki dəfə artırmağa çağırıb.

Ruhani liderin fikrincə Fransanın bir neçə milyonluq müsəlman əhalisi üçün 2200 məsçid çox azdır. Boubaker bu bəyanatı Fransanın Le Burje şəhərində hər il keçirilən İslam konfransında verib.

Fransa Avropa ölkələri arasında müsəlmanların ən çox yaşadıqları ölkədir. Bu ölkədə 5-6 milyon müsəlman yaşayır. Fransada ilin əvvəllərində baş vermiş terror akrtlarından sonra İslama marağın artdığı xəbər verilir.

Bildirilir ki, kitab mağazalarında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il İslama aid üç dəfə çox kitab satılıb.

Bununla yanaşı Fransada müsəlmanların üzərinə hücumlar da kəskin artıb.


Müəllif: