Alman avtomobil istehsalçısı BMW Çindəki 53 min nəqliyyat vasitəsini geri çağırıb.
Publika.az-ın məlumatına görə, Çinin keyfiyyətə nəzarət və karantin idarəsi avtomobillərin geri çağırılma səbəbinin mühərrik-kabel təchizatında yaranan qüsurla əlaqəli olduğunu bildirib.
Əməliyyat 2011-ci ilin yanvarı və 2013-cü ilin fevral ayları aralığında istehsal olunan və “BMW China” tərəfindən idxal edilən “X3 xDrive20i”, “X3 xDrive 28i” və “X3 xDrive35i” modellərini əhatə edir.
Məlumatda, qəzalı hissələrin pulsuz dəyişdiriləcəyi bildirilir.