9 Aprel 2015 12:03
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim Boston hadisələrində ittiham edilən Cövhər Tsarnayevin günahını sübuta yetirilmiş hesab edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onun 30 maddə ilə mühakimə olunacağı bildirilib. Bu maddələrdən 17-nin cəzasının edam olduğu qeyd edilib. 22 saat davam edən məhkəmə prosesində 92 şahid dindirilib.

Vəkillərin Cövhərin böyük qardaşı Tamerlanın təsiri altına düşdüyünə dair iddiası məhkəmə tərəfindən qəbul edilməyib.

Qeyd edək ki, 21 yaşlı Cövhər qardaşı Tamerlana 2013-cü ildə Boston marafonu zamanı 3 adamın ölümü, 264 nəfərin yaralanması ilə nəticələnən hücumda təqsirli bilinir. Qardaşların yaxalanması üçün aparılan xüsusi əməliyyat zamanı Tamerlan öldürülüb.

Samir


Müəllif:

Oxşar xəbərlər