Yəməndə bir tərəfdən Səudiyyə Ərəbistanının başçılığı altında "Sabitlik fırtınası" əməliyyatları, digər tərəfdən ölkənin cənub-şərqində sünni tayfalar və “Əl-Qaidə” terror təşkilatı döyüşçüləri irəliləməkdə davam edirlər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Hadramaut vilayətinin mərkəzi Mukallanı nəzarəti altına alan sünni tayfalar bölgənin ən böyük hava limanı və neft istehsalı müəssisəsini ələ keçiriblər. Aden körfəzi sahilində yerləşən bu şəhər həm də mühüm liman məkanıdır.
Paytaxt Sana küçələrində isə Husilər gün boyu plakatlar və şüarlarla Birləşmiş Millətlər Təşkilatına qarşı etiraz nümayişləri keçiriblər.
Son sutka ərzində bölgədə ən azı 20 nəfərin öldürüldüyü bildirilib.
Samir