“ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir”.
Teleqraf.com unain.net-ə istinadən xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Coş Ernest deyib.
Onun sözlərinə görə, Rusiyaya qarşı iqtisadi təzyiqlər Ukrayna böhranı bitənə qədər davam etməlidir: “Əfsuslar olsun ki, Rusiya hələ də Minsk razılaşmaları ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ancaq Ukrayna Minsk öhdəliklərini yerinə yetirməyə hazırdır. ABŞ Ukraynanın Donbasda yaraqlılara qarşı atdığı bütün addımları dəstəkləyir”.
Ernest əlavə edib ki, ABŞ Rusiyaya qarşı iqtisadi təzyiqləri sərtləşdirmək üçün Avropa Birliyindəki tərəfdaşları ilə danışıqları davam etdirəcək.
Samir