16 May 2015 23:28
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ilǝ “altılıq” ölkǝlǝri arasında yekun saziş sǝnǝdinin hazırlanması mǝqsǝdilǝ keçirilǝn danışıqların dördüncü turu mayın 20-dǝ Avstriyanın paytaxtı Vyanada baş tutacaq.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, mayın 13-də başa çatan danışıqların 3-cü turu ilə bağlı hǝr hansı açıqlama verilmǝyib.

Görüşlǝrdǝn sonra tǝrǝflǝr mayın 20-dǝ yenidǝn bir araya gǝlǝcǝklǝr, görüşdǝ aprelin 2-dǝ İsveçrǝnin Lozanna şǝhǝrindǝ müǝyyǝnlǝşdirilǝn maddǝlǝr müzakirǝ edilǝcǝk.

Qeyd edək ki, yekun sazişin iyunun 30-dǝk tamamlanması barǝdǝ razılıq ǝldǝ edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər