Rusiya prezidenti Vladimir Putinin ad günündə - 7 oktyabr 2014-cü ildə separatçılar Donetsk aeroportuna genişmiqyaslı hücuma keçiblər. Terrorçular antiterror əməliyyatları qüvvələrinin mövqelərinə doğru irəliləyiblər.
Teleqraf.com-un xəbərinə görə, bunu Ukraynanın "5-ci kanal"ının efirində Ukraynalı zabit İvan Trembovetsk bildirib.
O deyib: "Putinin ad günündə Donetsk aeroportuna basqın edildi. Ancaq hücumlar zamanı kimlərin könüllü, kimlərin isə professional hərbçi olduğunu biirdik. Könüllülər mövqelərimizə yaxınlaşdılar və öldürüldülər. Hərbçilər isə bizim mövqelərin 20 metrliyində idilər və aydın idi ki, onlar professionaldırlar. Xüsusən də gecələr onları görmək çətin idi".
Nihad