Pakistanda namizədlərin seçki kampaniyası ilə əlaqədar keçirilən mitinq zamanı partlayış baş verib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, naməlum şəxs tərəfindən atılan qumbaranın partlaması nəticəsində 7 nəfər həyatını itirib, 25-i isə yaralanıb.
Partlayışda məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Rəsmilər hadisənin “Taliban” terror qruplaşması tərəfindən törədildiyini iddia edirlər.
Samir