1 İyun 2015 19:23
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekində icitmai yerlərdə siqaret çəkmək qadağan edilib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, qadağanın yerinə yetirilməsinə minlərlə müfəttiş nəzarət edəcək, qadağanı pozanlar böyük məbləğdə cərimə olunacaqlar.

Yeni qaydalara əsasən, məktəb və xəstəxanalar yaxınlığında siqaret çəkərkən tutulanlar təxminən 32 dollar, siqaret çəkilməyə göz yuman müəssisələr isə 1600 dollar məbləğində cərimə ödəyəcəklər.

Qeyd edək ki, hal hazırda Çin siqaret çəkənlərin sayına görə dünyanın lider ölkəsi hesab edilir, ölkədə 300 milyona yaxın insan siqaret çəkir.

Samir


Müəllif:

Oxşar xəbərlər