İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Fərat çayının üzrəindəki Ramadi su anbarının bütün qapılarını bağlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla da şəhərin şərq bölgəsi susuz qalıb.
Bununla bağlı Ənbar valisinin təhlükəsizlik müşaviri general-mayor Əziz Xələf Ət-Tarmuz məlumat verib. Onun sözlərinə görə, İraq ordusu Ramadi su anbarının son bəndində də nəzarəti itirib.
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin nümayəndələri isə su anbarı ətrafında döyüşlərin davam etdiyini bildiriblər.
Samir