7 İyun 2015 00:57
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanszı çayında baş vermiş gəmi qəzası qurbanlarının sayı 406 nəfərə yüksəlib. Səyahət gəmisindəki 36 nəfər itkin düşmüş sayılır.

AZƏRTAC Vesti informasiya agentliyinə istinadla xəbər verir ki, xilasedicilər axtarış zonasını çayın axarı boyunca 220 kilometrdən 1300 kilometrədək genişləndiriblər. Çinin Nəqliyyat Nazirliyi gəmi kompaniyalarından itkin düşənlərin axtarışı üçün əlavə kömək istəyib.

Bazar ertəsindən başlayaraq axtarış-xilasetmə əməliyyatlarında 3400 əsgər və 1700 polis əməkdaşı iştirak edir. Hazırda axtarışlara 250 əlavə gəmi və 2500 nəfər qoşulub.

Xatırladaq ki, Nankin şəhərindən Çunçinə gedən “Şərq ulduzu” səyahət gəmisi iyunun 1-də axşam saatlarında Xubey əyaləti ərazisində qəzaya uğramışdı.

Güclü qasırğa nəticəsində gəmi əyilmiş və iki dəqiqə ərzində suya bataraq çevrilmişdi.


Müəllif:

Oxşar xəbərlər