İŞİD terror qruplaşması bu dəfə uşaqların gözləri qarşısında baş kəsib.
ANS PRESS-in məlumatına görə, Liviyada bir məscidin həyətində uşaqları (terrorçular bu uşaqları terrorçu kimi yetişdirirlər) toplayan terrorçular onların gözü qarşısında qandonduran cinayət işlədib.
Belə ki, terrorçular 8-13 yaşlarındakı uşaqların gözü qarşısında əsir götürdükləri əsgərlərdən birinin başını kəsib. Sonra isə uşaqları məcbur ediblər ki, cəsədə yaxından baxsınlar.
Terrorçular uşaqlara bu anları izlədərək yeni cəlladlar yetişdirməyə çalışırlar.