7 İyun 2015 19:29
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hər yerində olduğu kimi Bodrum vilayətində də insanlar böyük həvəslə səsvermələrə qatılıb.

İsti hava şəraitinin hökm sürdüyü Bodrumda insanlar səsverməyə səhər saatlarında gəliblər.

Səsverməyə gələnlərin çoxu çimərlik geyimində olub. Çimərlik paltarında səsverməyə gələnlər sonradan tələsik çimərliyə üz tutublar.

Antalyada da eyni mənzərə yaşanıb. Səsvermə məntəqələrinə gələnlərin çox çimərlik geyimində olub. Onlar səsvermədən sonra dərhal çimərliyə, sərinləməyə gediblər.

Qeyd edək ki, bu gün Türkiyə Cümhuriyyətində parlament seçkisi keçiriləcək. Ölkə daxilində 53 milyon 765 min 231 seçici yerli vaxtla saat 08.00-dən 17.00-yə (Bakı vaxtıyla 10.00 – 19.00) məntəqələrdə səs verməyə başlayıblar.(anspress)















Müəllif:

Oxşar xəbərlər