8 İyun 2015 16:20
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir.

Teleqraf.com Prezidenti mətbuat xidmətinə istinadən məlumat verir ki, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib, Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.


Müəllif:

Oxşar xəbərlər