Honq-Konq dünyada ən çox göydələnin olduğu şəhərdir. Bu şəhərdə ümumilikdə 7794 göydələn var.
Göydələnlər şəhəri hesab olunan Nyu-York bu siyahıda ikinci yerdə qərarlaşıb. Nyu-York 6091 göydələnə sahibdir. Siyahıda ilk üçlüyü 5789 göydələnlə Braziliyanın San-Paulo şəhəri tamamlayır. Ən hündür binaların sayına görə digər yerlərdə Sinqapur (4562), Seul (3023), Tokio (2771), Toronto (2029), Mumbai (1596), Çikaqo (1160), Şanxay (1121), Banqkok (923), Dubay (686) və s. şəhərlər qərarlaşıb.
İstanbul ümumilikdə 2312 göydələnə sahib olsa da, həmin binalar digər şəhərdəkilərlə müqayisədə daha az mərtəbəli olduğu üçün siyahıda aşağı yerlərdə qərarlaşıb.