Kiprin Larnaka şəhərində dəniz limanı layihəsini tanınmış “Scott Brownrigg” memarlıq şirkətinin dizayner və mütəxəssisləri hazırlayıblar.
Yeni portun simvolu bir-birinin üzərinə qoyulmuş qeyri-bərabər yumru “disklər”dən ibarətdir.
Ərazisi 28 hektar olan limanda bir çox ictimai-mədəni obyektlər, gəmiçilik muzeyi, açıq havada kinoteatr, meriya, yaşayış və ticarət mərkəzləri, otel və restoranlar, eləcə də uşaq bağçası yerləşəcək.
Köhnə liman isə genişləndirilərək, müasir texnologiyalar tətbiq olunmaqla yenidən qurulacaq.