Ermənistanın ikinci böyük şəhəri Gümrüdə elektrik enerjisinin qiymətlərinin artırılmasına qarşı keçirilən etiraz aksiyası zamanı saxlanılanların sayı 10-a çatıb.
Trend “Epress.am” agentliyinə istinadən xəbər verir ki, dinc aksiya iştirakçıları polis şöbələrinə çatdırılıb. Etirazçıların həbs edilməsinə səbəb kimi onların qanunsuz yerdə maşınlarını saxlamaları və bununla hərəkətə maneə törətmələri göstərilir.
Gümrüdə oturaq mitinq Teatr meydanında keçirilir. Gənclər Sayat-Nova küçəsini bağlayıblar. Yerevanda olduğu kimi burada da polis su şırnağından istifadə edib.