Kürd qüvvələri müttəfiqləri ilə birlikdə Suriyanın Raqqa əyalətində mühüm şəhərlərdən birini İslam Dövləti yaraqlılarından azad ediblər.
Kürd Xalq Müdafiə Birləşmələri iyunun 23-də Ayn İssa şəhəri və ətraf gəndələrin artıq tam onların nəzarətində olduğunu bəyan ediblər.
Hazırda Suriya və İraqın bir sıra bölgələri İslam Dövləti qrupunun nəzarətindədir.