24 İyul 2015 01:22
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Almaniyada qaçqın statusu iddiaçılarının sayı kəskin şəkildə artıb. 2014-cü ildə ölkəyə 200 min qaçqın gəlibsə, cari ildə bu göstərici yarım milyon nəfərə çatıb. İlin birinci yarısında AFR hökuməti artıq hər üç iddiaçıdan birinə rədd cavabı verib, müraciətlərin daha 26 faizinə, məsələn, iddiaçının Almaniyaya Aİ-nin üzvü olan digər ölkələrdən gəlməsi səbəbindən hələ baxılmayıb.

Ümumiyyətlə, hazırda AFR-də sığınacaq ala bilməmiş, bu ölkəni tərk etməli olan, amma müxtəlif səbəblərə görə bunu etməyən 175 min insan var. Onlardan 125 min nəfərinin ölkədən çıxarılması mümkün olanadək işləmək hüququ olmadan Almaniyada qalmasına müvəqqəti icazə verilib.

2015-ci ilin yanvarından başlayaraq qaçqın statusu iddiasında olan əcnəbilər məhdudiyyətlərlə də olsa, Almaniyada üç ay yaşadıqdan sonra işləmək hüququ əldə ediblər. Digər tərəfdən, AFR hökuməti sığınacaq verməkdən imtina etdiyi adamları daha sürətlə və qətiyyətlə ölkədən çıxarmaq qərarına gəlib. Təzə gələnlərin müqəddəratı əvvəlkindən daha operativ – 3 ay ərzində həll edilməlidir.


Müəllif:

Oxşar xəbərlər