Sərhədlərindəki təhlükəsizliyi artırmağı hədəfləyən Polşa NATO-ya müraciət edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ölkənin yeni seçilən prezidenti Andrey Duda Polşanın Rusiya və Almaniya arasında bufer zona kimi görülməsindən narahatlığını ifadə edib.
Rusiyanın Ukrayna siyasətini tənqid edən Duda NATO-nun Şərqi Avropada hərbi fəallığının artırmasının vacibliyini bildirib: "Baş nazir və müdafiə naziri ilə danışıqlardan sonra belə qərara gəldik ki, NATO-nun ölkəmizdə hərbi fəallığı artırılmalıdır. Bunun üçün səylərimizi artıracağıq. NATO-nun hərbi fəallığı bizim üçün təhlükəsizlik zəmanətidir".
Samir