Türkiyə erkən seçkilər noyabrın 1-də baş tutacaq.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra verdiyi müsahibədə açıqlayıb.
Ərdoğan müsahibəsində bunları deyib: "Seçkilərdən sonra hökuməti qurmaq üçün verilən 45 günlük müddət avqustun 24-ü başa çatır. Türkiyə Məclisi ilə bazar ertəsi yeni görüş keçirəcəm. Bundan sonra qərarımızı verəcəyik. Hazırki tarix noyabrın 1-i göstərilir. Türkiyə millətini deyilən tarixdə təkrar seçki gözləyir".
Qeyd edək ki, iyunun 7-də keçirilən seçkilərin nəticələrinə əsasən, Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə 258, Cümhuriyyət Xalq Partiyası (CHP) 132, Milliyətçi Hərəkat Partiyası (MHP) və Xalq Demokratik Partiyası (HDP) isə hər biri 80 millət vəkili ilə təmsil olunmalı idi.
Samir