Xəbər verdiyimiz kimi, dünən Məkkədə növbəti faciə yaşanıb.
Mina dağında baş verən izdiham zamanı ölənlərin sayı 753-ə çatıb. Rəsmi məlumatlara görə, hadisə nəticəsində 887 zəvvar yaralanıb.
24.09.2015 18:40
Məkkədə - Mina dağında bu gün baş verən izdihamda ölənlərin sayı 717-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, son məlumatlarda yaralananların sayının isə 805 olduğu bildirilir.
Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda təqribən 2600 zəvvarımız Mina dağındadır. İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadırlar. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.
M.Payızov bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub. M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.
Həcc dövründə baş vermiş ən böyük insidentlər:
1990-cı il – Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.
1994-cü il – qarışıqlıqda 270 zəvvar ölüb.
1997-cı il - yanğın nəticəsində 343 zəvvar ölüb və təqribən 1500-ü yaralanıb.
1998-ci il – izdihamda 118 zəvvar ölüb.
2001-ci il izdihamda 35 zəvvar ölüb.
2004-cü il ayin zamanı izdihamda 251 zəvvar ölüb.
2006-cı il – ayin zamanı izdihamda 345 zəvvar ölüb.
Qeyd edək ki, bir müddət bundan əvvəl Məkkədə baş vermiş faciədə 107 zəvvar ölmüşdü, 238 zəvvar isə xəsarətlər almışdı.
15.15
Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 310 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb.
Bu barədə Teleqraf.com "TRT Haber" telekanalına istinadən məlumat verir.
Ölən və yaralananların milli mənsubiyyəti barədə hələlik məlumat verilmir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi baş vermiş insidentdə Azərbaycan vətəndaşlarının olması məsələsini bu ölkənin dövlət qurumları ilə araşdırır.
***
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı faciə baş verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 150-dən artıq zəvvar ölüb, 400-ə yaxını isə xəsarət alıb.
Ölən və yaralananların sayının artacağı gözlənilir.
Hələlik hadisənin səbəbləri bəlli deyil.
Xatırladaq ki, sentyabrın 11-də Məkkədə qaldırıcı kranın zəvvarların üzərinə düşməsi nəticəsində 107 nəfər ölüb.
Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda zəvvarlarımızla əlaqə yaratmağa çalışılır.
İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadırlar. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.