3 İyun 2014 18:59
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putin Ukrayna ərazisinin işğal edilməsi barədə əmrini verib”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Batkivşina fraksiyasının rəhbəri Sergey Sobolev Ali Radanın iclasında çıxış edib.

O, son zamanlar rus ordusunun silah dolu maşınlarının Ukrayna sərhədini daha tez-tez keçdiyini vurğulayıb:

“Antiterror əməliyyatı başqa fazaya keçib. Çünki Putin bizim ölkəyə birbaşa işğal əmrini verib. Belə ki, Rusiya Federasiyasından tez-tez silah dolu yük maşınları Ukrayna sərhədini keçir”.


Müəllif: