1 Dekabr 2015 16:38
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Almaniya Suriyadakı əməliyyatlar zamanı təyyarələrinin uçuş məlumatlarını Rusiyaya təqdim etməyəcək".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Usrula Fon Der Lyayen deyib.

Qeyd edək ki, Almaniya hökuməti Suriyada İŞİD terrorçularına qarşı mübarizəyə qatılmaqla bağlı qərar verib. Qərara əsasən, Almaniya Suriyaya 1200 əsgər, bir neçə ədəd "Tornado" tipli döyüş təyyarəsi və Fransa qırıcılarına yardım etmək üçün bir ədəd döyüş gəmisi göndərəcək.

Berlin hökuməti 2016-cı ildə başlanacaq əməliyyatlara görə 134 milyon avro ayırıb.

Samir


Müəllif:

Oxşar xəbərlər