8 Dekabr 2015 12:02
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Tacikistanda baş verən zəlzələnin vurduğu ziyan açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

Rəsmi məlumatlara görə, zəlzələ episentrinə yaxın olan Bədəxşan bölgəsində 500 ev dağılıb. Tacikistan prezidenti İmoməli Rəhman hadisə ilə əlaqədar xüsusi komissiya yaradılması ilə bağlı sərəncam imzalayıb.

Samir


Müəllif: