Bağdad məclisi Türkiyə istehsalı olan mallara embarqo qoyulması ilə bağlı qərar qəbul edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna türk əsgələrinin peşmərgə qüvvələrinə təlim keçmək üçün İraqa göndərilməsi səbəb olub.
Qərarda bildirilib ki, embarqo qərarı ölkənin başqa əyalətlərini də əhatə edəcək. Qərarın bazardakı malların qiymətlərinə təsir göstərməyəcəyi iddia olunur. Ancaq İraqın hazırda idxal etdiyi malların 50 faizi Türkiyənin payına düşür.
Qeyd edək ki, Türkiyə Sİlahlı Qüvvələrinindən ibarət qrup peşmərgələrə təlim keçmək üçün İraqın Mosul şəhərinin Başika bölgəsinə göndərilib. İraq rəsmiləri isə türk əsgərlərinin dərhal bölgədən çıxmasını tələb edib.
Samir