Suriyada İranın elit (seçmə) hərbi qüvvələrindən sayılan İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) briqada generalı “Zülfüqar” ləqəbli Hoseyn Fadai öldürülüb. Musavat.com-un məlumatına görə, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Bundan az öncə Suriya müxalif qüvvələrin mövqeyinə hücum zamanı iki İran generalının, ondan qabaq isə İİKK-nın bir generalının öldürüldüyü haqda xəbər yayılmışdı.
ABŞ-ın “Bloomberg” agentliyi bu itkilərdən sonra İranın Rusiyanın başçılıq elədiyi hərbi ittifaqdan çıxdığı haqda məlumat yayıb.