"Miqrantları qorumamaq ABŞ-ın dəyərlərinə xəyanətdir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezident Baraka Obama Vaşinqtonda keçirilǝn toplantıda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ABŞ tarixinə nəzər salsaq, bu ölkənin də miqrantlar tərəfindən qurulduğunu görmək olar: "Biz dǝ miqrant doğulduq… Keçmişimizi unutmamalıyıq. Ölkǝdǝki ǝn böyük şirkǝtlǝri miqrantlar qurub".
Qeyd edǝk ki, ABŞ-da gǝlǝn il keçirilǝcǝk prezident seçkilǝri ǝrǝfǝsindǝ miqrant böhranı mǝsǝlǝsi ətrafında gərgin mübahisǝlǝr gedir.
Samir